суббота, 21 мая 2011 г.

Sen gedende..

Sən gedənd günorta idi.Günəş səmada üzürdü.Sən gedəndə mən işimi qurtarıb, eyvanda tək tənha oturmuşdum.
əsən külək uzaq çəmənlərin ətrini gətirirdi.Kölgəlikdə göyərçinlər durmadan quruldaşır, arılar vızıldaya-vızıldaya otağımda uçuşub, mənə uzaq çöllərdən xəbər gətirirdilər.
günortanın bürküsündə kənd yuxuya getmişdi.yol bomboş idi...
hərdən yarpaqlar xışıldayır, yenə sakitlik çökürdü.
Göy üzünə baxıb, onun lacivərd qoynunda-Kəndin günorta bürküsündə yuxuya getdiyi zaman eşitdiyim adın hərflərini görürdüm.
Mən saçlarımı hörməyi unutmuşdum..Tənbəl-tənbəl əsən meh yanağımda saşlarımla oynayırdı.
Kölgəli sahillərdə çay sakit-sakit axırdı.Tənbəl ağ buludlar hərəkətsizdi.Mən saçlarımı hörməyi unutmuşdum..Sən gedəndə günorta idi..Yolun tozları isti idi, çöllərdən bürkünün nəfəsi duyulurdu..Sıx yarpaqların arasında göyərçinlər quruldaşırdı..sən gedəndə Mən eyvanda tək tənha idim.....